Kəlmeyi-teyyibə nədir?

/ Bazar ertəsi, 22 İyun 2020 11:27
Kəlmeyi-teyyibə nədir?

Oxucu sual verir: Kəlmeyi-teyyibə nədir?

Ərəb dilindən tərcümədə bu ifadə “pak söz” mənasını verir. Qurani-Kərimdə də bu ifadəyə rast gəlirik: “Pak söz Ona tərəf yüksələr və və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar” (Fatir, 10). Təfsir alimləri ayədəki “əl-kəlimut-teyyib” (pak söz) ifadəsini düzgün əqidə, tövhid kəlməsi, zikr, həmdü-səna mənalarında izah etmişlər. Bu izahların ümumiləşməsi olaraq, İslam ənənəsində dinin əqidə əsaslarını bildirən cümlələr kəlmeyi-teyyibə adlandırılır. Belə ki, kəlmeyi-teyyibə kəlmeyi-şəhadət cümlələri ilə yanaşı götürülür. Daha konkret desək, kəlmeyi-şəhadət cümlələrinin əvvəlindəki “əşhədu ən” (şəhadət verirəm ki) ifadəsini çıxmaqla yerdə qalan cümlələrə, yəni sağlam İslam əqidəsinin düsturlarına kəlmeyi-teyyibə deyirlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.