Günəş və Ayın bütün tutulma halları zamanı ayat namazı qılmaq vacibdirmi?

/ Çərşənbə axşamı, 23 İyun 2020 10:28
Günəş və Ayın bütün tutulma halları zamanı ayat namazı qılmaq vacibdirmi?

Oxucu sual verir: Günəş və Ayın bütün tutulma halları zamanı ayat namazı qılmaq vacibdirmi?

Ayat namazının vacib olduğu hallardan biri Günəş və Ay tutulmasıdır. Burada müəyyən şərtlər və xırdalıqlar vardır. Birincisi, bəzi təbii fəlakətlər zamanı ayat namazının qılınması üçün həmin hadisənin insanlar arasında qorxu və dəhşət yaratması şərt sayılsa da (ildırım, qeyri-adi külək), Günəş və Ay tutulması üçün bu cür məhdudiyyət yoxdur. Yəni Günəş və Ay tutulması zamanı hətta insanlar qorxuya düşməsələr belə, ayat namazı qılınmalıdır. İkincisi, tam deyil, natamam (qismən) tutulmalar da ayat namazını vacib edir. Üçüncüsü, Günəş və Ay tutulmaları üçün ayat namazını qılmaq o məkanların əhalisinə vacib olur ki, hadisə həmin məkanın coğrafi hüdudunda baş versin. Yəni məsələn, qonşu ölkədə Günəş (Ay) tutulması baş veribsə, amma bizim ölkədə baş verməyibsə, ayat namazı bizə vacib olmaz. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.