Cümə namazını qılmaq üçün neçə nəfərin olması şərtdir?

/ Çərşənbə, 24 İyun 2020 11:11
Cümə namazını qılmaq üçün neçə nəfərin olması şərtdir?

Oxucu sual verir: Cümə namazını qılmaq üçün neçə nəfərin olması şərtdir? 

Cümə namazı əksər müctəhidlərin fətvasına görə, vacibi-təxyiridir. Yəni insan zöhr və ya cümə namazını qılmaq arasında ixtiyar sahibidir.  Bunlardan birini şərtlərinə uyğun şəkildə düzgün qılmışsa, o birini qılmağa ehtiyac qalmaz. Bu, şiə məzhəbinin nəzəridir. Əhli-sünnə görüşünə əsasən isə, cümə namazını qılmaq vacibdir.

Cümə namazının qılınması üçün 5 nəfərin toplaşması kifayətdir. Belə ki, bir nəfər imam və 4 nəfər ona iqtida edən bir araya toplaşarsa, cümə namazı qıla bilərlər. İqtida edənlərin kişi ya qadın olması fərq etməz. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.