Yunisiyyə zikri nədir?

/ Cümə, 26 İyun 2020 10:40
Yunisiyyə zikri nədir?

Oxucu sual verir: Yunisiyyə zikri nədir?

Quranda buyurulur ki, Həzrət Yunis Peyğəmbər (ə) iri balıq tərəfindən udulduqdan sonra Allaha yalvarıb, xilas olmaq üçün dua etmişdi (Ənbiya, 87-88). Həzrət Yunisin (ə) duasının mətni ərəbcə belədir: “La ilahə illa əntə sübhanək. İnni küntü minəz-zalimin” (Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam).

Bu, məşhur “Yunisiyyə zikri”dir. Məsumlardan nəql edilən hədislərdə, eləcə də, ariflərin tövsiyələrində bu duanı oxumaq çox təkid edilir. Yunisiyyə zikri hər çətinlikdən xilas olmaq üçün faydalıdır. Bu zikri səcdə halında söyləməyin təsiri daha çoxdur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.