Maddeyi-tarix nədir?

/ Bazar ertəsi, 29 İyun 2020 10:11
Maddeyi-tarix nədir?

Oxucu sual verir: Maddeyi-tarix nədir?

Maddeyi-tarix əsasən, müsəlman Şərq mədəniyyətinə və tarixinə aid olan bir ənənədir. Hər hansı mühüm hadisənin, məsələn, hökmdarın taxta çıxmasının, hərbi qələbənin, görkəmli şəxsin ölümünün, bina tikilişinin, iri məzmunlu əsərin yazılmasının tarixini nəzmlə ifadə etmək Şərqdə ənənəyə çevrilmişdir. Şairlər həmin hadisələri bəzən açıq şəkildə rəqəmlə, bəzən də üstüörtülü simvollarla ifadə etmişlər. Maddeyi-tarixlərdə ən çox itifadə edilən metodlardan biri də əbcəd hesabıdır. Əbcəd hesabına görə ərəb əlifbasının hər hərfinin rəqəm qarşılığı vardır. Məsələn, “əlif” hərfi 1-i, “be” 2-ni, “cim” 3-ü, “dal” hərfi 4-ü ifadə edir. Çox zaman nəzm şəklində yazılmış maddeyi-tarixlərin son misrası yaxud şeirin içindəki müəyyən söz əbcəd hesabı ilə həmin hadisənin baş verdiyi ili göstərir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.