Peyğəmbərin (s) oğulluğa götürdüyü Zeyd yetim idi yoxsa valideynləri vardı?

/ Çərşənbə axşamı, 30 İyun 2020 10:26
Peyğəmbərin (s) oğulluğa götürdüyü Zeyd yetim idi yoxsa valideynləri vardı?

Oxucu sual verir: Peyğəmbərin (s) oğulluğa götürdüyü Zeyd yetim idi yoxsa valideynləri vardı?

Zeydin əsl atasının adı Harisə idi. Peyğəmbərimiz (s) onu oğulluğa götürsə də, heç zaman “Mühəmmədin oğlu” çağırılmasına razı olmamış, onu atasının övladı kimi tanıtdırmışdır. Zeyd ibn Harisə ibn Şürahil Kəlbi İslamdan əvvəlki qəbilə müharibələri nəticəsində əsir alınıb Məkkədə kölə bazarında satışa çıxa-rılmışdı. Xədiceyi-kübranın qardaşı oğlu onu satın alıb öz bibisinə (Xədicəyə) bağışladı, Xədicə də Zeydi Həzrət Mühəmmədə (s) hədiyyə etdi.

Zeydin həmqəbilələri onun yerini öyrəndilər və atası Zeydi aparmaq üçün Məkkəyə gəldi. Həzrət Mühəmməd (s) seçim ixtiyarını Zeydin öz öhdəsinə buraxdı. Zeyd isə bu müddət ərzində Peyğəmbərə (s) o qədər bağlanmışdı ki, Onun yanında qalmağa üstünlük verdi və doğma atasının yanına qayıtmaqdan imtina etdi. Bundan sonra Həzrət Mühəmməd (s) Zeydi köləlikdən azad edib oğulluğa götürdü.

Zeyd İslam dinini ilk qəbul edən şəxslərdən sayılır. O, hicri 8-ci (miladi 629-cu) ildə Suriya ərazisində baş vermiş Mötə savaşında şəhid olmuşdur. Zeyd Quranda adı çəkilən yeganə səhabədir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.