Evdə pişik, dovşan və s. heyvanları saxlamaq olarmı?

/ Cümə, 03 İyul 2020 10:59
Evdə pişik, dovşan və s. heyvanları saxlamaq olarmı?

Oxucu sual verir: Evdə pişik, dovşan və s. heyvanları saxlamaq olarmı?

Dinimiz yaşayış evində heyvan saxlamağa yaxşı baxmır. Hər hansı məişət faydası üçün (məsələn, evi qorumaq, ziyanvericiləri məhv etmək və s.) həyətdə heyvan saxlamaq olar. Ev isə insanların yaşayışı üçündür. Pişik, dovşan, xomyak kimi canlıları evdə saxlamaq həm sanitar-gigiyenik, həm də şəriət baxımından arzuolunmazdır. Əvvəla, elmin təsbitinə görə, bir sıra xəstəliklər məhz bu kimi canlılar vasitəsilə insanlara ötürülür, xüsusilə, uşaqlar bu canlıların tükündəki xəstəlik törədən mikroblara tez yoluxurlar. İkincisi, bu canlıların sidik və peyini, ağız suyu dəymiş paltarla namaz qılmaq batil sayılır. Onların tükü qonmuş paltarla namaz qılmaq da düzgün deyil. Göründüyü kimi, bu kimi canlıların evdə saxlanması ciddi problemlər yaratdığı üçün məsləhət görülmür.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.