İntihar etmiş şəxs üçün ehsan vermək, onun qəbrini ziyarət etmək olarmı?

/ Şənbə, 04 İyul 2020 11:34
İntihar etmiş şəxs üçün ehsan vermək, onun qəbrini ziyarət etmək olarmı?

Oxucu sual verir: İntihar etmiş şəxs üçün ehsan vermək, onun qəbrini ziyarət etmək olarmı?

İntihar dinimizdə ən böyük günahlardan biridir. Çünki İslam dininə görə, kainatda olan hər şey Allahın mülküdür, insanların canı da həmçinin. Heç kim özbaşına nə özünün, nə də başqasının həyatına qəsd edə bilməz. İntihar etmiş şəxs Allahın mülkünə təcavüz etmiş kimidir. Bununla belə, intihar etmiş şəxs dindən çıxmış sayılmır. Buna görə də onun dəfn mərasimi İslam qanunlarına uyğun təşkil olunmalıdır. Ümumiyyətlə, cinayətkar (Allaha şərik qoşan adamdan başqa) dini qaydalar çərçivəsində dəfn edilməlidir. Yaxşı olar ki, intihar etmiş şəxsin dəfninə gələnlər onun günahlarının bağışlanması üçün çoxlu dua etsinlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.