Ticarət zamanı malın üzərinə maya dəyərindən nə qədər artıq pul qoymağa icazə verilir?

/ Bazar ertəsi, 06 İyul 2020 10:34
Ticarət zamanı malın üzərinə maya dəyərindən nə qədər artıq pul qoymağa icazə verilir?

Oxucu sual verir: Ticarət zamanı malın üzərinə maya dəyərindən nə qədər artıq pul qoymağa icazə verilir?

Şəriətdə ticarət zamanı malın üzərinə nə qədər pul qoymaq barədə dəqiq göstəriş və konkret hədd nəzərdə tutulmayıb. İslam dini insaf və ədalət dinidir. Müsəlman həm alarkən, həm də satarkən ədalətə, insafa riayət etməlidir. Satıcı satdığı malın üzərinə pul qoyarkən insaflı olmalı, həm öz qazancını, həm də alıcıların vəziyyətini düşünməlidir. Elə məbləğdə pul qoymalıdır ki, mal satılsın və alıcılar da əziyyət çəkməsinlər. Bu zaman digər satıcıların da vəziyyətini nəzərə almaq lazımdır. Yəni bazardakı ümumi satış qiymətindən xeyli yuxarı və xeyli aşağı qiymət qoymaq olmaz. Çünki bu zaman ya alıcıların, ya da başqa satıcıların haqqı pozulacaq. Xüsusilə, möhtəkirlik etmək, bir malın az olmasından, tapılmamasından, yaxud aclıq, qəhətlik kimi hallardan istifadə edərək qiyməti hədsiz qaldırmaq günah sayılır. Bazar qiymətlərinə nəzarət edən şəxslərin bu məsələdə xüsusi diqqətli olmaları tələb edilir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.