Oxucu sual verir: Deyirlər ki, qiyamət günü bütün sirlər açılacaq. Hər kəsin bütün günahları açılıb başqalarının gözü qarşısında sərgilənəcək?
Qiyamət gününün əsas xüsusiyyətlərindən biri də budur ki, həmin gün bütün sirlərin üzərindən pərdələr götürüləcək. Bunun səbəbi odur ki, dünya həyatında insanlar bir-birini aldadıb, haqqını qəsb edə bilərlər. Ola bilər ki, bunun üstü açılmasın. Qiyamətdə bütün haqlar öz yerini tapacaq, ədalət bərqərar olacaq. Lakin əgər insan bu dünyada öz günahından lazımınca tövbə edibsə, həmin günah silinər və bu sirr Allahla bəndənin arasında qalar. Tövbənin şərtlərindən biri də budur ki, əgər qul haqqı (haqqunnas) ilə bağlıdırsa, gərək mütləq halallıq alınsın. Əgər halallıq alınmışsa, bu halda da günah silinər və qiyamət günündə üstü açılmaz.