Sosial şəbəkə proqramları vasitəsilə "Oriflame", "Faberlic" kimi kosmetika şirkətləri ilə alış-veriş etmək icazəlidirmi?

/ Cümə axşamı, 09 İyul 2020 11:44
Sosial şəbəkə proqramları vasitəsilə "Oriflame", "Faberlic" kimi kosmetika şirkətləri ilə alış-veriş etmək icazəlidirmi?

Oxucu sual verir: Sosial şəbəkə proqramları vasitəsilə "Oriflame", "Faberlic" kimi kosmetika şirkətləri ilə alış-veriş etmək, onlardan maaş almaq icazəlidirmi?

Ümumilikdə şəbəkə üzvlüyü məsələlərinə ehtiyatla yanaşmaq lazımdır. Belə ki, piramida sxemli və pul gəliri üzərində qurulmuş şəbəkələr adətən haram hökmündə olur. Çünki burada gəlirlər şəxslərin üzvlük haqqından ibarətdir. Amma oriflame, faberlic kimi alqı-satqı şəbəkələri bundan fərqlənir. Burada hər kəs ödədiyi məbləğin müqabilində öz razılığı ilə seçdiyi mallara yiyələnir. Heç kimin pulu başqasına verilmir. Çox sifariş edən, fəallıq göstərən və şirkətə qazanc gətirən üzvlər isə şirkət tərəfindən pulsuz və ya güzəştli hədiyyələrlə mükafatlandırılır. Bunların heç biri haram qazanc deyil. Eləcə də, daha yüksək nəticələr göstərmiş üzvlərə şirkət tərəfindən verilən maaş halaldır və həmin puldan istifadə etməyin günahı yoxdur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.