Hərbi xidmətdən süni yolla yayınmaq dinimizdə günahdır?

/ Cümə, 10 İyul 2020 10:48
Hərbi xidmətdən süni yolla yayınmaq dinimizdə günahdır?

Oxucu sual verir: Hərbi xidmətdən süni yolla yayınmaq dinimizdə günahdır?

Hərbi xidmət vəzifəsi öz-özlüyündə din və şəriət hökmü deyil. Lakin bu, cəmiyyətə aid olan və dövlət qanunları ilə tənzimlənən bir məsələdir. Hüquqi möhləti olmyan hər bir gəncin hərbi xidmət keçməsi qanuni baxımdan vacibdir. Bilirik ki, ölkəmiz müharibə vəziyyətindədir. Belə olan halda gənclərin hərbi biliklərə yiyələnməsi zəruridir. Əgər hamı hərbi xidmətdən yayınsa, Vətən torpaqları düşmən qarşısında müdafiəsiz qalar. Dinimiz buyurur ki, əgər hər hansı qanun dini hökmlərə zidd deyilsə, ona mütləq riayət edilməlidir. Ölkənin qanunlarına hamı əməl etməlidir ki, hərc-mərclik olmasın. Bu baxımdan, dinimiz də gənclərin hərbi xidmətdən yayınmasına mənfi baxır və bunu qəbuledilməz sayır. Hərbi xidmətdən süni yolla yayınan şəxs saxtakarlıq etmiş olur və Allah qarşısında cavabdehlik daşıyır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.