Uşağa dünyasını dəyişmiş və ya diri olan babasının (nənəsinin) adını qoymaq olarmı?

/ Çərşənbə axşamı, 14 İyul 2020 11:25
Uşağa dünyasını dəyişmiş və ya diri olan babasının (nənəsinin) adını qoymaq olarmı?

Oxucu sual verir: Uşağa dünyasını dəyişmiş və ya diri olan babasının (nənəsinin) adını qoymaq olarmı? Deyirlər ki, əgər baba sağdırsa - onun özünün, əgər rəhmətə gedibsə - uşağın taleyinə mənfi təsir edir.

Adların insan taleyində müəyyən rol oynaması mümkündür. Belə ki, yaxşı ad insanda özünə inam və ruh yüksəkliyi yaradır. Mənfi ad isə öz sahibinə utanc, xəcalət hissi gətirir, komplekslər yaradır. Lakin adların insan taleyinə birbaşa təsir etməsi, yəni insanın ömrünün uzun ya qısa olmasına gətirib-çıxarması qeyri-mümkündür. Dünyasını dəyişmiş bir şəxsin adının körpəyə verilməsi nə körpə üçün, nə də onun valideynləri üçün heç bir təhlükə daşımır. Əksinə, mərhumun xatirəsini yaşatmaq baxımından müsbət dəyərləndirilir. Diri şəxsin də öz adını körpəyə verməsi onun həyatı üçün qorxulu deyil. Belə hallarda “düşər-düşməzi ola bilər” düşüncəsi ilə hərəkət etmək kökündən yanlışdır və İslam düşüncəsinə ziddir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.