Cinsi əlaqədən dərhal sonra cənabət qüslü almaq lazımdır?

/ Çərşənbə, 15 İyul 2020 10:45
Cinsi əlaqədən dərhal sonra cənabət qüslü almaq lazımdır?

Oxucu sual verir: Cinsi əlaqədən dərhal sonra cənabət qüslü almaq lazımdır? Qüslü nə qədər təxirə salmaq olar?

Qüslün geniş yayılmış növlərindən biri də cənabət qüslüdür. Cənabət qüslü cinsi əlaqədən sonra, eləcə də, cinsi əlaqəsiz bədəndən sperma çıxmasından sonra alınmalıdır. Cənabət qüslünü dərhal almaq vacib deyil. Amma həm dini məlumatlar, həm də elmi araşdırmalar bunu göstərir ki, qüslü təxirə salmaq insanın fiziki və mənəvi dünyasına xoşagəlməz təsir göstərir. Buna görə də cənabətli şəxsin yemək yeməzdən və yatmazdan əvvəl heç olmasa dəstəmaz alması müstəhəb sayılır. Lakin ibadətləri yerinə yetirmək üçün mütləq cənabət qüslü alınmalıdır. Boynunda cənabət qüslü olan və qüsl almağa imkanı çatdığı halda bunu etməyən şəxsin namaz qılması və oruc tutması günahdır. Cənabət qüslü (bəzi hallarda isə bunu əvəz edən təyəmmüm) almadan qılınmış namaz və tutulmuş oruc batildir. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.