Müsəlman xilafətinin paytaxtı hansı şəhərlər olmuşdur?

/ Cümə axşamı, 16 İyul 2020 10:37
Müsəlman xilafətinin paytaxtı hansı şəhərlər olmuşdur?

Oxucu sual verir: Müsəlman xilafətinin paytaxtı hansı şəhərlər olmuşdur?

İslam xilafətinin tarixi boyunca bir neçə şəhərin paytaxt kimi tanındığının şahidi oluruq. Peyğəmbərin (s) və ondan sonrakı üç xəlifənin zamanında Mədinə şəhəri müsəlman dövlətinin mərkəzi idi. İmam Əli (ə) öz hakimiyyəti dövründə İraq və Şam torpaqlarında apardığı müharibələrə nəzarət edə bilmək üçün paytaxtı döyüş səhnəsinə yaxın yerə - Kufə şəhərinə köçürdü. Əməvilərin hakimiyyəti zamanı Dəməşq şəhəri xilafətin paytaxtı oldu. Abbasilər Bağdad şəhərini inşa edib paytaxtı ora köçürdülər. Abbasi xilafətində türklərin təsir gücü çoxaldığı mərhələlərdə İraqdakı Rüsafə şəhəri paytaxt rolunu oynamış, dah sonra yenidən Bağdadın mövqeyi möhkəmlənmişdi.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.