Üzərində heyvan və ya gül şəkli olan paltarda namaz qılmaq düzgündürmü?

/ Cümə, 17 İyul 2020 10:46
Üzərində heyvan və ya gül şəkli olan paltarda namaz qılmaq düzgündürmü?

Oxucu sual verir: Üzərində heyvan və ya gül şəkli olan paltarda namaz qılmaq düzgündürmü?

Namaz qılan şəxsin libasında canlı varlıq təsvirinin olması məkruhdur (qəti qadağan deyil, amma bəyənilmir). Qeyd edək ki, namaz qılanın libasında, canamazın üzərində və gözü qarşısında canlı varlıq təsvirinin olması həm də onun diqqətini namazdan yayındıra bilər, buna görə də dinimizdə bu məsələ xoş qarşılanmır. Üzərində bitki, gül, təbiət, cansız əşya təsviri, həndəsi fiqur olan libasda namaz qılmağın isə heç bir problemi yoxdur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.