Şam namazında adam üçüncü rükətin səcdəsindən sonra səhvən ayağa qalxıb dördüncü rükətin qiraətini oxusa və rükudan əvvəl səhvini başa düşsə nə etməlidir?

/ Çərşənbə axşamı, 21 İyul 2020 11:05
Şam namazında adam üçüncü rükətin səcdəsindən sonra səhvən ayağa qalxıb dördüncü rükətin qiraətini oxusa və rükudan əvvəl səhvini başa düşsə nə etməlidir?

Oxucu sual verir: Şam namazını qılan adam üçüncü rükətin səcdəsindən sonra səhvən ayağa qalxıb dördüncü rükətin qiraətini oxuyur, rükudan əvvəl səhvini başa düşür. Bu halda nə etməlidir?

Şəriətə görə, namazın bəzi əməlləri vardır ki, bunları istər qəsdən, istərsə bilməyərəkdən (səhv ya unutqanlıq üzündən) lazım olduğundan az və ya çox sayda icra etdikdə, bütünlükdə namaz batil olur və yenidən qılınmalıdır. Bu əməllərə rükn deyilir. Lakin namazın qiraət hissəsi (Fatihə, qısa surə və ya təsbihati-ərbəə oxunuşu) rüknlərə aid deyildir. Ona görə də, qiraəti səhv ya unutqanlıq üzündən (qəsdən olmadan) lazım olduğundan az və ya çox sayda icra etməklə namaz batil olmaz. İnsan 3 rükətli məğrib namazının son rükətində səcdələrdən sonra namazı bitirmək üçün təşəhhüd və salam oxumaq əvəzinə ayağa qalxsa və səhvən təsbihati-ərbəə (və ya Fatihə) oxusa, rükudan əvvəl səhvini başa düşərsə, qiraəti yarımçıq kəsməli, oturub təşəhhüd və salam deməlidir. Namazı bitirdikdən sonra da yersiz ayağa qalxdığı üçün bir cüt səhv səcdəsi etməlidir. Əgər səhvini rükuya əyildikdən sonra anlasa, rüku rükn əməllərindən sayıldığı üçün namazı batil olur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.