Məhərrəm və səfər aylarında ailə qurmaq olarmı?

/ Çərşənbə, 22 İyul 2020 10:49
Məhərrəm və səfər aylarında ailə qurmaq olarmı?

Oxucu sual verir: Məhərrəm və səfər aylarında ailə qurmaq olarmı?

Məhərrəm və səfər aylarında bütün müsəlmanların peyğəmbəri Həzrət Mühəmmədin (s) əziz nəvəsi İmam Hüseynin (ə) və silahdaşlarının faciəvi şəhadəti qeyd edilir. Bu günlərdə matəm saxlamağın böyük savabı vardır. Məhərrəmlik mövsümündə şənlik məclisi keçirmək Peyğəmbərə (s) və Əhli-beytə (ə) qarşı hörmətsizlik və təhqirdir. Toy və təntənəli nişan məclislərini məhərrəm və səfər aylarında həyata keçirmək çox bəyənilməz hərəkətdir. Lakin kəbin kəsilməsi kimi təntənəsiz qeyd edilən mərasimləri, əgər zərurət tələb edərsə, məhərrəmlik mövsümünə salmaq mümkündür. Əgər kəbini məhərrəmlikdən əvvəl ya sonra kəsdirmək mümkün deyilsə və ya böyük çətinlik törədirsə, məhərrəmlik zamanı şənlik etmədən kəbin kəsdirmək olar. Təntənəli mərasimləri isə məhərrəmlik bitdikdən sonra icra etmək məsləhətdir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.