Qadın naməhrəm kişinin gördüyü yerdə dəstəmaz alarsa, dəstəmazı və namazı batil olurmu?

/ Cümə axşamı, 23 İyul 2020 15:21
Qadın naməhrəm kişinin gördüyü yerdə dəstəmaz alarsa, dəstəmazı və namazı batil olurmu?

Oxucu sual verir: Qadın diqqətsizlik üzündən və ya bilərəkdən naməhrəm kişinin gördüyü yerdə dəstəmaz alarsa, dəstəmazı və namazı batil olurmu?

İslam qanunlarına görə, qadın üzündən və biləkdən aşağı əllərindən başqa bütün bədənini naməhrəmlərdən gizlətməlidir. Bu barədə səhlənkarlıq edən qadın günah etmiş olur. Amma örtünmə məsələsində dini göstərişi pozmaq dəstəmazı batil etməz. Dəstəmazı pozan hallar şəriətimizdə qeyd edilib və haqqında danışılan hal bunların içində yoxdur. Qadın hər hansı səbəb üzündən naməhrəm şəxsin gözü qarşısında dəstəmaz alarsa, həm dəstəmazı, həm də bu dəstəmazla qıldığı namazı düzgündür. Əlbəttə, namazda kamil şəkildə hicaba riayət etməsi vacibdir (istər namaz vaxtı naməhrəm onu görsün, istərsə görməsin), əgər namazda bədəni örtülü olmasa, namaz batil olar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.