Qurani-Kərimin Əbəsə surəsində üz-gözünü turşudan şəxsin Həzrət Mühəmməd Peyğəmbər (s) olmadığını bildirən məlumatlar səhihdirmi?

/ Cümə axşamı, 30 İyul 2020 11:01
Qurani-Kərimin Əbəsə surəsində üz-gözünü turşudan şəxsin Həzrət Mühəmməd Peyğəmbər (s) olmadığını bildirən məlumatlar səhihdirmi?

Oxucu sual verir: Qurani-Kərimin Əbəsə surəsində üz-gözünü turşudan şəxsin Həzrət Mühəmməd Peyğəmbər (s) olmadığını bildirən məlumatlar səhihdirmi?

Bəzi təfsirlərə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) Məkkə müşriklərini dinə dəvət etdiyi zaman Abdullah ibn Ümmi-məktum adlı kor səhabə o həzrətin yanına gəlib sual vermiş, Peyğəmbər (s) söhbətinin yarımçıq qalmasından narahat olub üzünü kənara çevirmişdi. Əsasən əhli-sünnə məzhəbinə mənsub olan təfsir kitablarında Əbəsə surəsinin ilk ayəsi bu cür şərh edilir. Şiə alimləri bu fikri rədd edir və Peyğəmbərin (s) məsumluğuna zidd sayırlar. Bəzi şiə alimləri (məsələn, Təbrisi) ayənin Peyğəmbərə (s) aid olduğu təqdirdə belə, məsumluğa zidd olmadığını yazmışlar. Əksər şiə təfsirçilər İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisi əsas gətirərək, üz-gözünü turşutmuş şəxsin Peyğəmbər (s) deyil, Bəni-Üməyyəyə mənsub bir şəxs olduğunu söyləmişlər. Böyük alimlərdən Seyyid Mürtəza, Şeyx Tusi, Feyz Kaşani, Şübbər, Əllamə Təbatəbai və başqaları sonuncu nəzəriyyəni müdafiə etmiş, ayənin Peyğəmbər (s) barədə nazil olması nəzəriyyəsinə qarşı əsaslı iradlar irəli sürmüşlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.