Dindar insan digər ailə üzvlərinin günah etdikləri evdə namaz qılsa, qəbul olarmı?

/ Çərşənbə, 05 Avqust 2020 11:57
Dindar insan digər ailə üzvlərinin günah etdikləri evdə namaz qılsa, qəbul olarmı?

Oxucu sual verir: Bir evdə ailə üzvlərindən bəziləri içki içir, günah edir, ailənin başqa üzvü isə dindardır. O, həmin evdə namaz qılsa, qəbul olarmı?

İslam dinində hər kəs öz əməllərinə görə cavabdehdir, heç kim başqasının günahına görə məsuliyyət daşımır. Dindar şəxs imkan daxilində öz ailə üzvlərini düz yola çəkmək üçün çalışmalı, onlara nəsihət etməlidir. Bu, onun dindarlıq və qohumluq borcudur. Amma əgər nəsihətin heç bir faydası yoxdursa, əksinə, nəsihət adamın özünə qarşı mənfi münasibət yaradırsa, bu halda həmin adamlardan əl çəkib öz taleləri ilə başlı-başına buraxmaq məsləhətdir. Hər bir halda, belə bir ailədə yaşayan şəxs öz ibadətlərinə davam etməlidir. Heç nəyə baxmadan, halal həyat tərzini yaşamalı, özü üçün bir guşə ayırıb ibadətlərini orada icra etməlidir. Paklıqla bağlı məsələlərdə ehtiyata əməl etməsi gərəkdir. Günah işlərlə məşğul olan ailə üzvlərinin işinə qarışmamalı, günaha şərik olmamalıdır. Onların hidayət olması üçün namazdan sonra dua etməsi də məsləhətdir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.