Bir restoranda içki verilirsə, orada halal yemək olarmı?

/ Cümə axşamı, 06 Avqust 2020 10:38
Bir restoranda içki verilirsə, orada halal yemək olarmı?

Oxucu sual verir: Bir restoranda içki verilirsə, orada halal yemək olarmı?

Restoran və bu kimi məkanlarda içki olan məclislərdə iştirak etmək, yəni həmin məclisin bir üzvü olmaq günahdır. Burada toy, ad günü, qonaqlıq kimi məclislərə qatılmaq nəzərdə tutulur. Hətta məclisdə içki olarsa, amma adamın oturduğu stola işki qoymazlarsa, yenə həmin məclisin üzvü sayılacaq və orada oturmamalıdır. Amma kütləvi məkanlarda hər kəs ayrı-ayrılıqda yemək yeyirsə, ümumi salonda kiminsə içki içməsi başqasına günah gətirməz. Yəni restorana yemək üçün gələn şəxs özü halal ərzaqla qidalansa, amma digər müştərilər içki içsələr, ona günah yazılmaz.

Bununla belə, dindar şəxslər daha yaxşı olar ki, imkan daxilində bu cür məkanlara getməsinlər, yalnız halal qidaların verildiyi və mömin şəxslərə məxsus olan restoranlara üstünlük versinlər. Bununla həm günah mühitindən uzaq olar, gözlərini və qulaqlarını haramdan qoruyar, həm də maddi xeyri mömin şəxslərə verərlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.