Qurani-Kərimdə “İsrail övladları”, “Bəni-İsrail” sözlərinə çox rast gəlirik. İsrail kimdir və bu ayələrdə kimlərdən danışılır?

/ Çərşənbə axşamı, 11 Avqust 2020 10:48
Qurani-Kərimdə “İsrail övladları”, “Bəni-İsrail” sözlərinə çox rast gəlirik. İsrail kimdir və bu ayələrdə kimlərdən danışılır?

Oxucu sual verir: Qurani-Kərimdə “İsrail övladları”, “İsrail oğulları”, “Bəni-İsrail” sözlərinə çox rast gəlirik? İsrail kimdir və bu ayələrdə kimlərdən danışılır?

“İsrail” Həzrət Yəqub Peyğəmbərin (ə) məşhur ləqəbidir. Yəhudi və xristian rəvayətlərində bu sözün mənası fərqli izah edilsə də, İslam dininə görə, “Allahın bəndəsi” deməkdir. Həzrət Yəqubun (ə) 12 oğlu və onların nəsli “Bəni-İsrail” (yəni İsrail övladları və ya İsrail oğulları) adlandırılır. Həzrət Yəqub Peyğəmbərin (ə) 12 oğlunun adları belə idi: İuda (Yəhuda; “yəhudi” sözü də buradan törə¬yib), Ruvim, Simeon, Leviy, İssaxar, Zavu¬lon, Dan, Neffalim, Qad, Asir, İosif (Yusif Peyğəmbər əleyhissalam) və Beniamin. Yəhudi milləti bu 12 oğuldan törəmiş və qollara ayrılmışdı. Leviy qolu özünü ibadətə həsr etdiyi üçün bu qolun nümayəndələri siyasi hadisələrə və hərbi yürüşlərə qatılmırdılar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.