Boşanma zamanı kişi mehriyyəni mütləq qadına verməlidirmi?

/ Cümə, 14 Avqust 2020 10:47
Boşanma zamanı kişi mehriyyəni mütləq qadına verməlidirmi?

Oxucu sual verir: Boşanma zamanı kişi mehriyyəni mütləq qadına verməlidirmi?

Mehriyyə qadının haqqıdır və istədiyi zaman onu kişidən tələb edə bilər. Hətta qadının toy gecəsi öz mehriyyəsini tələb etmək haqqı vardır. Əlbəttə, qadın öz istəyi ilə mehriyyəni ərinə bağışlaya da bilər. Kişi öz həyat yoldaşını boşadığı zaman əgər qadın mehriyyəni ona bağışlamayıbsa, mütləq ödəməlidir. Mehriyyə ona görə qadına verilir ki, boşandıqdan sonra öz yaşayışını təmin etmək üçün yol tapana kimi bir müddətə dolana bilsin. Amma şəriətdə belə bir hal da nəzərdə tutulub. Bəzən boşanmanın tələbkarı kişi yox, qadın olur. Yəni kişi evliliyi davam etdirmək istədiyi halda, qadın ondan talaq tələb edir. Bu halda qadın kişini talağa razı salmaq üçün öz mehriyyəsini ona bağışlaya bilər. Hətta mehriyyə məbləğindən artıq pul və ya mal verməklə də olsa, kişini boşanmağa razı sala bilər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.