Quran ayəsində Kəbə evini bildirmək üçün “Bəkkə” sözündən istifadə edilib. Bu sözün mənası nədir?

/ Şənbə, 15 Avqust 2020 11:42
Quran ayəsində Kəbə evini bildirmək üçün “Bəkkə” sözündən istifadə edilib. Bu sözün mənası nədir?

Oxucu sual verir: Quran ayəsində Kəbə evini bildirmək üçün “Bəkkə” sözündən istifadə edilib. Bu sözün mənası nədir?

Bəkkə müqəddəs Kəbə evinin yerləşdiyi əraziyə deyilir. Quranda buyurulur: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir” (Ali-Imran, 96). “Bəkkə” sözünün ərəb dilində “camaatın sıx olduğu yer”, “basırıq” mənasını bildirdiyi söylənilir. Çünki həcc mövsümündə burada hədsiz izdiham olur. Hədislərdə buyurulub ki, Bəkkə – Kəbə evinin yerləşdiyi məhəlləyə deyilir, Məkkə isə bütünlükdə şəhərin adıdır. Bəzi tədqiqatçıların fikrincə, məhz bu ayədə “Bəkkə” sözünün işlədilməsi sayəsində Quranın riyazi qanunauyğunluğu qorunub, əgər “Məkkə” sözü işlədilsəydi, hərflərin təkrarındakı say qanunu pozulardı. Lakin bu, yalnız bir fərziyyədir və bir qrup alim tərəfindən irəli sürülüb.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.