“Vəsail əl-şiə” hansı kitabdır və nədən bəhs edir?

/ Bazar ertəsi, 17 Avqust 2020 11:07
“Vəsail əl-şiə” hansı kitabdır və nədən bəhs edir?

Oxucu sual verir: “Vəsail əl-şiə” hansı kitabdır və nədən bəhs edir?

XVII əsrin sonlarında Səfəvilər dövləti zəiflədiyi üçün düşmən hücumları nəticəsində iri kitabxanalar məhv edildi, xeyli nadir kitablar yandırıldı. Bəzi cəfəri alimləri bu təhlükəni vaxtında dəyərləndirərək, iri hədis məcmuələri tərtib etməyə başladılar ki, nadir dini mətnləri gələcək nəsillərə ötürsünlər. Əllamə Məclisi, Feyz Kaşani, Hürr Amili kimi alimlər bu istiqamətdə fəaliyyət göstərmiş, “Bihar əl-ənvar”, “əl-Vafi”, “Vəsail əl-şiə” kimi irihəcmli hədis topluları yaratmışlar. Şeyx Mühəmməd ibn Həsən Hürr Amili (1623-1693) “Vəsail əl-şiə”  kitabını 18 il ərzində tərtib etmişdir. Burada 36 minə yaxın hədis toplanıb. “Vəsail əl-şiə” kitabının “Bihar əl-ənvar”dan əsas fərqi burada yalnız şəriətə (fiqhə) aid hədislərin toplanması və onların sənədlə verilməsidir. Müəllif hər mövzu barədə hədisləri diqqətlə müəyyən fəsillərdə cəmləmişdir. “Vəsail əl-şiə” kitabı 20 və 30 cild şəklində çap edilmişdir. Dini mənbələrdə bu kitaba çox istinad edilir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.