Kərbəlada İmam Hüseynin (ə) neçə tərəfdarı şəhid olmuşdur?

/ Çərşənbə axşamı, 18 Avqust 2020 10:57
Kərbəlada İmam Hüseynin (ə) neçə tərəfdarı şəhid olmuşdur?

Oxucu sual verir: Kərbəlada İmam Hüseynin (ə) neçə tərəfdarı şəhid olmuşdur?

Kərbəla şəhidlərinin sayı barədə çoxlu nəzəriyyə mövcuddur, onların sayı müxtəlif kitablarda 61-dən 145-ə kimi qeyd edilib. Əsasən, xalq inancında “72 şəhid” ifadəsi geniş yayılıb. Bəzi kitablar da Kərbəlada İmam Hüseynin (ə) yanında 72 nəfərin şəhid olduğunu yazır. Lakin bu fikir həqiqətə uyğun deyil. Əksər mötəbər məlumatlar bunu söyləməyə əsas verir ki, Kərbəla şəhidlərinin sayı 72-dən artıq, 100 ilə 145 nəfər arasında olmuşdur. Araşdırmamıza görə, Kərbəlada 105 nəfərin şəhid olması şübhəsizdir. Daha 19 nəfərin də şəhid olma ehtimalı yüksəkdir. Bunlardan əlavə, başqa şəxslər barədə də kitablarda məlumat verilir. Beləliklə, böyük ehtimala görə, Kərbəla şəhidlərinin ümumi sayı 105-dən az olmamış, 105 ilə 124 arasında olmuşdur. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.