Məhərrəm ayında kəbin kəsdirmək olarmı?

/ Çərşənbə, 19 Avqust 2020 12:20
Məhərrəm ayında kəbin kəsdirmək olarmı?

Oxucu sual verir: Məhərrəm ayında kəbin kəsdirmək olarmı?

İmkan daxilində bu işi məhərrəmlikdən əvvələ salmaq və ya sonraya keçirmək daha yaxşıdır. Çünki kəbin insan həyatında sevincli, şad bir gündür. İnsan kəbin kəsdirərkən ürəyində sevinir. Hətta bu məqsədlə yaxınları onu təbrik edirlər, bəzən kiçik miqyasda olsa da ziyafət və ya şirni süfrəsi açılır. Bunlar isə matəm və hüznə uyğun olmayan hallardır. Amma son dərəcə zərurət hallarında eybi olmaz inşaAllah. Məsələn, ailə qurmuş adamların kəbin kəsdirmək yadından çıxıbsa, bunu xatırladıqları və ya öyrəndikləri vaxt, məhərrəm olmasına baxmayaraq, təcili surətdə kəbin kəsdirmələri lazımdır. Və ya kişi ilə qadın arasında məhrəmlik yaratmaq üçün təcili olaraq kəbin kəsdirmək lazımdırsa, bunu da məhərrəm ayında etməyin maneçiliyi yoxdur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.