Məhərrəm ayı boyunca qadının üz və qaş aldırması, saçına rəng qoyması icazəlidirmi?

/ Cümə, 21 Avqust 2020 11:54
Məhərrəm ayı boyunca qadının üz və qaş aldırması, saçına rəng qoyması icazəlidirmi?

Oxucu sual verir: Məhərrəm ayı boyunca qadının üz və qaş aldırması, saçına rəng qoyması icazəlidirmi?

Məhərrəm və səfər ayları hüzn və kədər aylarıdır. Bu aylar boyunca qadınların bəzəkdən istifadə etmələri qadağan olmasa da, arzuedilməzdir. Yaxşı olar ki, qadınlar imkan daxilində bu aylar boyunca zinət vasitələrindən istifadə etməsinlər. Məhərrəmlik ərzində özünü naməhrəmlərə gözəl göstərmək, eləcə də, şadlıq məclislərində iştirak etmək məqsədilə bəzənmək günahdır və qadağandır. Göründüyü kimi, bu məsələ niyyətə bağlıdır. Günah işlərə müqəddimə olan və şərait yaradan əməllər də eyni dərəcədə günahdır. Amma qadın adi gündəlik həyatda olduğu kimi, normal təmizlik və səliqə qaydalarına riayət etsə, öz ərindən ötrü bəzənsə, bunun günahı yoxdur inşallah. Hər bir halda, aşura, İmamın üçü, qırxı kimi hüznlü günlərdə bəzək işlərindən çəkinmək lazımdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.