Sosial şəbəkələrdə Peyğəmbəri və imamları təhqir edən yazılara şərh yazıb etiraz etmək vacibdirmi?

/ Çərşənbə axşamı, 25 Avqust 2020 11:29
Sosial  şəbəkələrdə Peyğəmbəri və imamları təhqir edən yazılara şərh yazıb etiraz etmək vacibdirmi?

Oxucu sual verir: Sosial  şəbəkələrdə Peyğəmbəri və imamları təhqir edən yazılara şərh yazıb etiraz etmək vacibdirmi?

İslam müqəddəslərinin ehtiramını saxlamaq hər kəsə vacibdir. Bunu pozan şəxslər böyük günah qazanırlar və həm dünyada, həm də axirətdə Allahın qəzəbinə gələrlər. Dindar şəxs imkan dairəsində müqəddəs dəyərlərin təhqir edilməsinə mane olmalı, əlindən gələn üsulla bunun qarşısını almalıdır. Əlbəttə, bu zaman öz təhlükəsizliyini, şərəf və ləyaqətini qorumaq da vacibdir. Sosial şəbəkələrdə yazılmış təhqirlərə elm və əxlaq çərçivəsində etiraz etmək bəyənilən əməldir. Əgər bunun faydası olmazsa, yaxud təhqirlə və ləyaqətin alçaldılması ilə qurtaracağı bilinərsə, etiraz etmək vəzifəsi insanın boynundan götürülər. Hər bir halda, yazışma zamanı təhqirdən çəkinmək və İslam əxlaqına riayət etmək vacibdir.  

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.