Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən çıxarıldıqdan sonra tövbə edərkən necə dua etmişdi?

/ Çərşənbə, 26 Avqust 2020 11:30
Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən çıxarıldıqdan sonra tövbə edərkən necə dua etmişdi?

Oxucu sual verir: Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən çıxarıldıqdan sonra tövbə edərkən necə dua etmişdi?

Qurani-Kərimdə buyurulur ki, Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən çıxarıldıqdan sonra Allahın ona öyrətdiyi kəlmələrlə (sözlərlə) tövbə etmiş və tövbəsi qəbul olmuşdu: “Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək tövbə etdi” (Bəqərə, 37). Bu kəlmələrin nədən ibarət olması barədə hədislərdə məlumat verilir. Əhli-beyt imamlarından nəql edilən hədislərə görə, vəhy mələyi Cəbrail (ə) Həzrət Adəmə (ə) məsləhət görmüşdü ki, Allahı beş müqəddəs şəxsin adına and verərək tövbə etsin. Bu beş nəfər Həzrət Mühəmməd Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) idi. Allahın yanında bu adlar xüsusilə əziz olduğu üçün, onlara and verilərək edilən duaların qəbulolma ehtimalı çoxdur. Həzrət Adəm (ə) bu müqəddəs adların xatirinə Allaha yalvararaq tövbəsinin qəbul olmasını istədi və tövbəsi qəbul edildi. Qeyd edək ki, bu qəbildən olan hədislər həm şiə, həm də bəzi əhli-sünnə mənbələrində mövcuddur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.