Can verən zaman kəlmeyi-şəhadəti söyləyən insan cənnətə düşür?

/ Cümə axşamı, 27 Avqust 2020 12:01
Can verən zaman kəlmeyi-şəhadəti söyləyən insan cənnətə düşür?

Oxucu sual verir: Can verən zaman kəlmeyi-şəhadəti söyləyən insan cənnətə düşür, deməyən isə cəhənnəmə gedir?

İnsanın can verən zaman ölüm anındakı vəziyyəti onun öz həyatını necə yaşaması ilə bağlıdır. Belə ki, ömrünü imanla başa vurmuş, saleh əməllər etmiş, böyük günahlara bulaşmamış şəxslər can verən zaman adətən əziyyət çəkmirlər. Ölüm mələyi onların gözünə gözəl qiyafədə görünür və onların canını rahatlıqla alır. İnsan öz ölümünün əziyyətsiz olduğunu görəndə narahatlıq keçirmir, aramlıq içində olur. Əksinə, günahkar həyat sürmüş şəxslər isə ölüm mələyini qorxulu sifətdə görür, bundan dəhşətə gəlirlər. Ölüm mələyi onların canını əziyyətlə alır.

Kəlmeyi-şəhadəti söyləməyə gəlincə, bu, insanın ölümdən sonrakı vəziyyətinin necə olacağına işarə kimi qəbul edilə bilər. Məlumdur ki, bəzi pis insanlar can verən zaman kəlmeyi-şəhadəti söyləməkdən imtina edir, hətta onlara bunu təlqin edəndə boyun qaçırırlar. Bu da onlar üçün əzablı bir axirət aləminin başlamasına işarədir. Amma burada istisnalar ola bilər. Məsələn, kəlmeyi-şəhadəti söyləməyə macal tapmadan ölən adamın o biri dünyada mütləq pis vəziyyətdə olacağını söyləmək yanlışdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.