Əsmaül-hüsna nə deməkdir?

/ Bazar ertəsi, 31 Avqust 2020 11:06
Əsmaül-hüsna nə deməkdir?

Oxucu sual verir: Əsmaül-hüsna nə deməkdir?

Bu sözün tərcüməsi “ən gözəl adlar” deməkdir. Allaha aid olan gözəl adlara əsmaül-hüsna deyirlər. Əslində, ağla gələn, nöqsandan uzaq olan bütün gözəl adlar və sifətlər Allaha məxsusdur, əksinə, ağla gələn bütün nöqsanlı və pis adlar, sifətlər də Ondan uzaqdır. Allahın adlarının içindən 100 ədədini xüsusi seçərək, bunlara əsmaül-hüsna demişlər. Əsmaül-hüsnanın bir qisminə Qurani-Kərimin mətnində dəfələrlə rast gəlirik. Məsələn: Rəhman, Rəhim, Qədir, Kərim, Əliyy, Əzim, Əlim, Səmi, Bəsir, Lətif, Məlik və s. Əsmaül-hüsnanın birincisi “Allah” adıdır ki, qalan 99 adın mənasını özündə tam ehtiva edir. Əsmaül-hüsna həm də gözəl zikrlərdən biridir. Bu adları həm ayrı-ayrılıqda, həm də birlikdə zikr etmək böyük savabdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.