Həzrət Musanın (ə) bacısının da peyğəmbər olması barədə Tövratdakı məlumat doğrudurmu?

/ Çərşənbə axşamı, 01 Sentyabr 2020 11:08
Həzrət Musanın (ə) bacısının da peyğəmbər olması barədə Tövratdakı məlumat doğrudurmu?

Oxucu sual verir: Tövratda yazılıb ki, Həzrət Musa Peyğəmbərin (ə) bacısı da peyğəmbər olub. Bu məlumat doğrudurmu?

Həqiqətən, Tövratda bu cür məlumata rast gəlirik. Tövratın “Çıxış” kitabında, 15-ci fəsildə Həzrət Musanın (ə) bacısı Mariam (və ya Miriam) “peyğəmbər qadın” adlandırılır. Bəni-İsrailin dənizdən keçməsindən və onları izləyən fironun suda qərq olmasından sonra Mariam Bəni-İsrail qadınları ilə birlikdə Allaha dualar edib zikrlər deyibmiş. Lakin bu məlumatı ciddi saymaq və bununla da qadınlardan peyğəmbər olduğunu düşünmək yanlışdır. Çünki əvvəla, Tövratın mətni təhrif edilmişdir və mübahisəli məsələlərdə Tövratın mətninə arxalanmaq, bununla nəyi isə sübut etmək olmaz. Bir halda ki, islami mənbələr nə Musanın (ə) bacısının, nə də hər hansı başqa qadının peyğəmbər olduğunu təsdiq etmir. İkincisi, elə həmin Tövratda Mariamın guya öz qardaşı Musanın (ə) peyğəmbərliyinə şübhə etməsi, buna görə Allahın qəzəbinə tuş gələrək yeddi gün cüzam xəstəliyiniə tutulması yazılıb (“Rəqəmlər” kitabı, 12-ci fəsil). Bu isə peyğəmbərlərin məsumluq sifəti ilə uyğun gəlmir. Bu cür ziddiyyət bir daha Tövrata istinad etməyin düzgün olmadığını göstərir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.