Ateist ailədə doğulan, yəqin ki, ateist olacaq. Belə insanların nə günahı var ki, Cənnətə layiq deyillər?

/ Çərşənbə, 02 Sentyabr 2020 12:04
Ateist ailədə doğulan, yəqin ki, ateist olacaq. Belə insanların nə günahı var ki, Cənnətə layiq deyillər?

Oxucu sual verir: Ateist ailədə doğulan, yəqin ki, ateist olacaq. Allahı tanımayan ölkədə və ya ailədə yaşayanların nə günahı var ki, Cənnətə layiq deyillər?

Bunlar bəhanədən başqa bir şey deyildir və bu sözü deyən şəxslər Allahın əmrlərini yerinə yetirmədiklərinə görə özlərindən səbəb yaratmağa çalışırlar. Əvvəla, Allah hər kəsin fitrətində Onu tanımaq və Onun varlığını dərk etmək qüvvəsini qoyub. İnsan fitri olaraq anlamağa qadirdir ki, bu dünyanı və eləcə də, insanı yaradan, idarə edən bir qüvvə vardır. İkincisi, elm və texnikanın bu qədər inkişaf etdiyi bir zamanda Allah, peyğəmbər, İslam haqqında məlumat ala bilməmək qeyri-mümkündür. Hər kim istəyərsə, asanlıqla istədiyi dini biliyi əldə edə bilər. Ateist həyatdan dindarlığa, başqa dinlərdən İslama keçən minlərlə şəxsin təcrübəsi bunu sübut edir. Seçim ixtiyarı insanın özünə məxsusdur və öz seçiminə görə insan cavabdehlik daşıyır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.