Sapandla vurulmuş quşun ətini yemək olarmı?

/ Cümə axşamı, 03 Sentyabr 2020 12:35
Sapandla vurulmuş quşun ətini yemək olarmı?

Oxucu sual verir: Sapandla vurulmuş quşun ətini yemək olarmı?

Əti yeyilməsi halal olan heyvan şəriətdə göstərilən qaydalar üzrə kəsilməli və ya ovlanmalıdır. Əgər bu qaydalara riayət olunmasa, əti murdar olar və leş kimi yararsız sayılar. Quşun ətinin halal olmasının şərtləri bundan ibarətdir: Ev quşunun mütləq başı "bismillah"la kəsilməlidir. Əgər ev quşu öz-özünə ölsə, yaxud hər hansı başqa yolla öldürülsə, əti murdar olacaq. Vəhşi quşlara gəlincə, ya tələ vasitəsilə tutulub başı kəsilməlidir, ya şəriətdə göstərilən kimi ov quşunun (şahin) vasitəsilə ovlanmalıdır, ya da güllə, ox kimi öldürücü vasitə ilə öldürülməlidir. Əgər quşu sapandla vursalar və quş yaralanıb ya da huşunu itirib yıxılsa, nə qədər ki sağdır, ona çatıb başını "bismillah"la kəsmək lazımdır. Əgər quş sapanddan atılan daşın zərbəsindən yıxılsa və başı üstünə çatanda öldüyünü görsələr, o halda əti murdar olar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.