Cavan oğlanın cavan qızla salamlaşması, əl ilə görüşməsi icazəlidirmi?

/ Çərşənbə, 09 Sentyabr 2020 11:18
Cavan oğlanın cavan qızla salamlaşması, əl ilə görüşməsi icazəlidirmi?

Oxucu sual verir: Cavan oğlanın cavan qızla salamlaşması, əl ilə görüşməsi icazəlidirmi?

Naməhrəm şəxslərin əl ilə görüşməsi qətiyyən yolverilməzdir. Nə qədər yaxın qohum, dost, sinif yoldaşı, iş yoldaşı olsalar belə, əl ilə görüşmələri günahdır. Salam verməyə gəlincə, ümumilikdə, fəsada səbəb olmamaq şərti ilə salamlaşmağın günahı yoxdur. Lakin gənclərin günaha və fəsada düşmə ehtimalları daha çox olduğundan, zəruri ehtiyac yaranmazsa, naməhrəmlərin salamlaşmaması daha yaxşıdır. İmam Əlinin (ə) cavan qadınlara salam vermədiyi, yalnız yaşlı qadınlarla salamlaşdığı rəvayət edilib. O həzrət belə buyurmuşdur: “Cavan qadınlara ona görə salam vermirəm ki, səsləri mənə xoş gələ bilər və savabdan daha çox günah qazanaram”. Bu hədis müsəlmanlar üçün tərbiyəvi əhəmiyyətə malikdir. Məsumlar öz davranışları ilə bizə yol göstərmişlər. İmam Əlinin (ə) bu davranışı da əks cinsdən olan gənclər arasında haram düşüncələrin və haram münasibətlərin yaranmasının qarşısını almağa xidmət edir.  

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.