Kişilərin qaş aldırması və qaşın tüklərini qısaltması dinimizdə necə qarşılanır?

/ Cümə axşamı, 10 Sentyabr 2020 11:42
Kişilərin qaş aldırması və qaşın tüklərini qısaltması dinimizdə necə qarşılanır?

Oxucu sual verir: Kişilərin qaş aldırması və qaşın tüklərini qısaltması dinimizdə necə qarşılanır?

Əgər söhbət qaşın uzun tüklərinin qısaldılmasından söhbət gedirsə, bunun heç bir maneəsi yoxdur. Qaşın tükləri gözün üstünə tökülüb görməyə mane olursa və ya səliqəsiz görünürsə, uzun tükləri qayçı ilə qısaltmaq olar. Qaşların arasındakı tüklər də səliqəsizliyə səbəb olarsa, onları qayçı ilə kəsməyin eybi yoxdur. Amma qaş almaq deyərkən, qaşların ətrafındakı tükləri dibindən götürmək, bununla da qaşlara düzgün xətt qoymaq nəzərdə tutulursa, bu hərəkət də öz-özlüyündə dinimizdə günah sayılmır. Lakin dinimiz məsləhət görür ki, insanlar bu cür işlərdə mövcud adət-ənənələri və ictimai rəyi nəzərə alsınlar. Əgər qaşları aldırmaq bir cəmiyyətdə kişi üçün ayıb sayılırsa, yaxşı olar ki, bu iş yerinə yetirilməsin. Şəriətə zidd olmayan sosial məsələlərdə ictimai rəyi nəzərə almaq məsləhətdir. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.