Kərbəlada Hürrün oğlunun və digər yaxınlarının da şəhid olduqları doğrudurmu?

/ Cümə, 11 Sentyabr 2020 11:15
Kərbəlada Hürrün oğlunun və digər yaxınlarının da şəhid olduqları doğrudurmu?

Oxucu sual verir: Kərbəlada Hürrün oğlunun və digər yaxınlarının da şəhid olduqları doğrudurmu?

Hürr ilə birlikdə daha bir neçə yaxın adamının da Kərbəlada şəhid olması barədə əksər mənbələrdə, xüsusilə, mötəbər kitablarda məlumata rast gəlmirik. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli “Hədiqət əl-süəda” adlı bədii əsərində Hürrdən sonra qardaşının (adını çəkmir), oğlu Əlinin və qulamı Ürvənin də döyüş meydanına çıxıb döyüşdüklərini və şəhadətə yetişdiklərini yazır. Mərhum Şeyx Məhəmməd Mehdi Şəmsəddin “Ənsar əl-Hüseyn” adlı kitabında Hürrün qardaşı Müsəb, oğlu Əli və qulamı Ürvənin şəhadəti barədə bəzi ikinci dərəcəli mənbələrdə məlumat verildiyini, lakin bu məlumatların müəllif üçün yetərli dərəcədə mötəbər olmadığını qeyd edir. Maraqlıdır ki, Kərbəla müsibətinə həsr edilmiş “Məqtəl əl-Xarəzmi” kitabında Hürrün öz türk qulamı ilə birlikdə İmam Hüseynə (ə) qoşulduğu yazılıb. Lakin bu türk qulamın nə adı, nə də sonrakı taleyi haqqında kitabda məlumat verilmir. Kərbəlada türk millətindən olan Əsləm adlı bir qulamın şəhid olması məlumdur, lakin onun Hürrün qulamı olması barədə heç yerdə məlumat yoxdur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.