“Peyğəmbərlər özlərindən sonra miras qoymazlar” sözünün əsası varmı?

/ Bazar ertəsi, 14 Sentyabr 2020 11:23
“Peyğəmbərlər özlərindən sonra miras qoymazlar” sözünün əsası varmı?

Oxucu sual verir: “Peyğəmbərlər özlərindən sonra miras qoymazlar” sözünün əsası varmı?

Əvvəla, bu söz heç bir müqəddəslik daşımır, nə ayə, nə də hədisdir. Peyğəmbərin (s) vəfatından sonra bəzi şəxslər bu fikri o həzrətin kəlamı kimi təqdim etdilər, əslində isə bu məzmunda səhih hədis yoxdur. Fədək bağları isə bir çox mənbələrə görə heç Peyğəmbərin (s) mirası da deyildi, həzrət öz sağlığında onu qızı Fatiməyə (ə) hədiyyə etmişdi. Hətta Fədək miras olsa belə, peyğəmbərlərin miras qoymaları qeyri-adi bir iş deyil. Quranda da bu barədə qəti ayələr vardır. Məsələn, Zəkəriyya Peyğəmbər (s) ona varis olması üçün Allahdan oğul istəmişdi (Məryəm, 6). “Nəml” surəsinin 16-cı ayəsində isə açıq-aydın şəkildə buyurulur: “Süleyman Davuda vərəsə oldu”.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.