Xüsusi şəraitdə olan şəxs (məsələn, əsgər) ayaqqabı ilə namaz qıla bilərmi?

/ Cümə, 18 Sentyabr 2020 11:08
Xüsusi şəraitdə olan şəxs (məsələn, əsgər) ayaqqabı ilə namaz qıla bilərmi?

Oxucu sual verir: Xüsusi şəraitdə olan şəxs (məsələn, əsgər) ayaqqabı ilə namaz qıla bilərmi?

Əvvəla, qeyd edək ki, namazı ayaqqabısız qılmaq namaza hörmət baxımından daha yaxşıdır. Amma söhbət zəruri hallardan gedirsə, ayaqqabı ilə qılmağa icazə verilir (dəstəmaz zamanı ayaqqabısız, ayağın üzərinə məsh çəkmək şərti ilə). Diqqət yetirmək lazımdır ki, ayaqqabı murdarlığa bulaşmış olmasın. Murdarlıq deyərkən şəriətdə buyurulan hallar nəzərdə tutulur. Məsələn, nəcisə, sidiyə, qana, leş cəmdəyə, şəraba bulaşmasın. Əgər ayaqqabı bu kimi şeylərə bulaşıbsa, qurumazdan qabaq torpaq və ya daş yerdə (yer quru olmaq şərti ilə) təxminən 7 metr məsafə getməklə ayaqqabının altı pak olar. Əgər ayaqqabının altındakı nəcasət torpaq və ya daş üzərində yeriməzdən əvvəl quruyub gedibsə, onda ayaqqabının altını su ilə yuyub pak etmək lazımdır. Qeyd edək ki, toz-torpaq, palçıq şəriətə görə nəcasət hökmünü daşımır. Şəriətdə çirk (kir) və nəcis fərqli məfhumlardır. Ona görə də ayaqqabının altının nəcasətə bulaşması yəqin məlum deyilsə, pak hökmündədir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.