Şəriət kitablarında rast gəlinən “fərz” və “fəraiz” sözlərinin mənası nədir?

/ Bazar ertəsi, 21 Sentyabr 2020 11:01
Şəriət kitablarında rast gəlinən “fərz” və “fəraiz” sözlərinin mənası nədir?

Oxucu sual verir: Şəriət kitablarında rast gəlinən “fərz” və “fəraiz” sözlərinin mənası nədir?

Fərz şəriətdə vacib hökmünü ifadə edir. Cəfəri məzhəbində və əhli-sünnə məzhəblərinin üçündə fərz ilə vacib eyni hökmü daşıyır, yəni insana qəti şəkildə zəruri olan, edilməməsi günah sayılan əməl fərz sayılır. Yalnız hənəfi məzhəbində bunların hökmü bir qədər fərqlidir; vacib əməl zərurət dərəcəsi baxımından fərzdən bir qədər aşağı olan əməldir.

Fəraiz “fərz” sözünün cəmidir, zəruri olan hökmlər mənasını verir. Bu söz bəzən fərz olan hökmlərin məcmusu mənasında işlədilir. Amma terminoloji olaraq “fəraiz” sözü miras hökmlərini ifadə edir. Hətta şəriət kitablarında irslə bağlı hökmlər “fəraiz və məvaris” adı altında qeyd edilir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.