Cinsinə görə övlad planlamaq icazəlidirmi?

/ Çərşənbə axşamı, 22 Sentyabr 2020 12:04
Cinsinə görə övlad planlamaq icazəlidirmi?

Oxucu sual verir: Cinsinə görə övlad planlamaq icazəlidirmi?

Əvvəla, bunu qeyd edək ki, övlad planlaması bir çox hallarda düzgün çıxsa da, bəzi hallarda yanlış çıxması da mümkündür. Qeybi mütləq şəkildə bilən yalnız Allahdır. Bətndə olan rüşeymin cinsini yalnız Allah doğru-düzgün bilir. Əgər övlad planlaması üçün görülən tədbirlər şəriətə zidd deyilsə, bunu etmək olar. Şəriətə zidd olmaq deyərkən, naməhrəmin toxunması, baxması, haram dərmanlar və haram müalicə nəzərdə tutulur. Bu şərtlər qorunduğu halda gələcək övladın cinsini planlaşdırmaq üçün tibbi tədbirlər görmək olar. Adətən, bunun kökündə mayalanma zamanının təyin olunması prinsipi durur. Amma unutmayaq ki, əgər proqnoz düzgün alınmasa və övladın əks cinsə mənsubluğu aydın olsa, onu tələf etmək (abort etdirmək) qəti şəkildə haramdır və böyük günahdır. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.