Hansı hallarda talaq zamanı qadının mehriyyəsini natamam (yarı) vermək icazəlidir?

/ Cümə axşamı, 24 Sentyabr 2020 10:47
Hansı hallarda talaq zamanı qadının mehriyyəsini natamam (yarı) vermək icazəlidir?

Oxucu sual verir: Hansı hallarda talaq zamanı qadının mehriyyəsini natamam (yarı) vermək icazəlidir?

Mehriyyə qadının talaqdan sonra bir növ maddi sığortası sayılır. Qadın mehriyyəni kişiyə bağışlamayıbsa, istədiyi zaman onu tələb edə bilər. Talaq zamanı isə kişi mütləq qadının mehriyyəsini verməlidir. Amma bəzi hallar istisnadır. Bəzi hallarda mehriyyə ləğv olar, bəzi hallarda isə qismən ödənilər. Bu hallar risalələrdə ətraflı təsvir edilib. Məsələn, qadın kəbindən sonra İslam dinindən çıxarsa, kəbin avtomatik pozulmuş sayılar və kişi mehriyyə vermək vəzifəsindən azad edilər. Eləcə də, əgər kəbindən sonra kişinin cinsi xəstəlik üzündən tam gücsüz olduğu məlum olsa və qadın talaq tələb etsə, kişi mehriyyənin yarısını ona verməlidir. Kəbin zamanı qızın bakirə olması şərt qoyulsa, sonra belə olmadığı aşkara çıxsa, kişi mehriyyəni tam yox, qismən ödəyə bilər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.