Boynundan dua asan adam ayaqyoluna gedəndə mütləq duanı çıxarıb kənara qoymalıdır?

/ Cümə, 25 Sentyabr 2020 11:14
Boynundan dua asan adam ayaqyoluna gedəndə mütləq duanı çıxarıb kənara qoymalıdır?

Oxucu sual verir: Boynundan dua asan adam ayaqyoluna gedəndə mütləq duanı çıxarıb kənara qoymalıdır?

Müqəddəs yazılar – Qurani-Kərim ayələri, Allahın, Peyğəmbərin, imamların adları – yazılmış dualara ehtiram göstərmək hər kəsin borcudur. Əvvəla, bu yazılara dəstəmazsız və qüslsüz halda toxunmaq günahdır. Duaları boyundan və qoldan elə asmaq lazımdır ki, dəstəmaz və qüsl pozulandan sonra yazı bədənə toxunmasın. Bunun üçün duaları çox zaman dəri və ya sellofana büküb gəzdirirlər. Üstündə dua olan adamın ayaqyoluna girməzdən əvvəl onu çıxarıb kənarda qoyması daha yaxşıdır. Buna imkan yoxdursa, heç olmasa, duanı açıqda saxlamamalı, yəni paltarın altına salmalıdır. Bu tədbir müqəddəs yazının ehtiramını qorumaq üçündür.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.