İslam tarixində bəzi şəxsiyyətlər rəhmətə getmiş yaxın qohumlarının, hətta qardaşlarının dul arvadları ilə evləniblər. Bu cür izdivac şəriət və əxlaq baxımından icazəlidirmi?

/ Bazar ertəsi, 28 Sentyabr 2020 13:39
İslam tarixində bəzi şəxsiyyətlər rəhmətə getmiş yaxın qohumlarının, hətta qardaşlarının dul arvadları ilə evləniblər. Bu cür izdivac şəriət və əxlaq baxımından icazəlidirmi?

Oxucu sual verir: İslam tarixində bəzi şəxsiyyətlər rəhmətə getmiş yaxın qohumlarının, hətta qardaşlarının dul arvadları ilə evləniblər. Bu cür izdivac şəriət və əxlaq baxımından icazəlidirmi?

Qeyd edək ki, şəriətə görə, qarşı cinsin nümayəndələri bir-biri ilə münasibətdə iki dəstəyə bölünür: məhrəmlər və naməhrəmlər. Bir-biri ilə qohum olmayan şəxslər naməhrəm sayılırlar. Qohumların isə bir hissəsi məhrəm, bir hissəsi naməhrəmdir. Məhrəm o şəxslərdir ki, onlar heç zaman bir-biri ilə ailə qura bilməzlər. İstər subay olsunlar, istər evli, istərsə də dul. Naməhrəmlər isə ailə qura bilərlər. İnsanın qardaşının arvadı ona naməhrəm sayılır. Çünki qardaş rəhmətə getsə, onun dul arvadı ilə evlənmək şəriət baxımından icazəlidir. Eləsə də, adamın qardaşı öz arvadını boşasa, həmin qadınla evlənməyə şəriət baxımından qadağan yoxdur. Bu cür izdivaclar kiminsə zövqünə və düşüncəsinə uyğun gəlməyə bilər. Lakin mühüm olan şəriətin baxışıdır. Nəzərə alsaq ki, keçmiş zamanlarda qadının uzun müddət ərsiz qalması cəmiyyətdə xoş qarşılanmır və qadının sosial cəhətdən müdafiəsiz qalmasına səbəb olurdu, belə bir şəraitdə bu cür izdivaclar tam normal sayılırdı.

 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.