Doğrudur ki, Bibliyada Məkkə şəhərinin adı çəkilir?

/ Çərşənbə axşamı, 29 Sentyabr 2020 11:02
Doğrudur ki, Bibliyada Məkkə şəhərinin adı çəkilir?

Oxucu sual verir: Doğrudur ki, Bibliyada Məkkə şəhərinin adı çəkilir?

Bibliyanın mətnində birbaşa “Məkkə” sözü işlədilməyib. Lakin istər yəhudi və xristian alimlərin, istərsə də müsəlman alimlərin şərhlərindən aydın olur ki, Bibliyada Məkkə şəhərinə işarə edilmişdir. Tövratın “Təsniyə” (Vtorozakonie) kitabının 33-cü fəslinin əvvəlində deyilir: “Bu, Allah adamı Musanın ölümqabağı İsrail övladlarına verdiyi xeyir-duadır. O dedi: “Rəbb Seynadan gəldi, onlara Sairdən göründü, Faran dağından təcəlla etdi və 10.000 nəfər müqəddəslə gəldi; onların sağ əlində Onun qanun məşəli var idi”. Burada adı çəkilən Seyna Həzrət Musa Peyğəmbərə (ə), Sair isə Həzrət İsa Peyğəmbərə (ə) vəhy nazil olan məkanlardır. Bu yolla Faran dağının da Həzrət Mühəmməd Peyğəmbərə (s) vəhy nazil olan məkan olması görünür. On min nəfərlə gəliş isə Peyğəmbərin 10 min nəfərlik qoşunla Məkkəni fəth etməsinə işarədir. Bibliyanın “Təkvin” (Bıtie) kitabının 21-ci fəslində deyilir ki, Həzrət İbrahim (ə) öz həyat yoldaşı Hacərlə körpə oğlunu da Faran səhrasında buraxıb getmişdi. Məlumdur ki, bu hadisə indiki Məkkə şəhərinin yerləşdiyi ərazidə baş verib, Zəmzəm quyusu buna sübutdur. İslam mənbələrində xatırlanan məşhur Simat duasında da Faran dağına işarə edilib. Qeyd edək ki, məşhur müsəlman alimi Nəsirəddin Tusi və görkəmli səyyah Yaqut Həməvi də öz əsərlərində Faran dağının Məkkədə Peyğəmbərə ilk vəhyin nazil olduğu Hira mağarası və Nur dağı olmasını qeyd etmişlər. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.