Dünyasını dəyişmiş adamın paltarlarına toxunan şəxs cənazəyə toxunma qüslü etməlidirmi?

/ Çərşənbə, 30 Sentyabr 2020 11:25
Dünyasını dəyişmiş adamın paltarlarına toxunan şəxs cənazəyə toxunma qüslü etməlidirmi?

Oxucu sual verir: Dünyasını dəyişmiş adamın paltarlarına toxunan şəxs cənazəyə toxunma qüslü etməlidirmi?

Şəriətimizə görə, qüsllərdən biri də ölüyə toxunan zaman vacib olur. Buna şəriətdə “məssi-meyyit qüslü” deyirlər. Bu qüslün vacib olmasının şərti budur ki, yalnız soyumuş və hələ cənazə qüslü verilməmiş meyitə toxunan zaman qüsl alınmalıdır. Bu qüslün səbəbi meyitin murdar olması deyil, yəni məsələn, adamın əli ölüyə toxunsa pak etmək tələb olunmur. Ölünün paltarı və ya şəxsi əşyaları da qətiyyən murdar sayılmır. Onlarla istənilən şəkildə rəftar etmək olar. Ölünün əynindəki paltara, üstündəki şəxsi əşyaya toxunan adamın qüsl etməsi və ya hər hansı ayini yerinə yetirməsi lazım deyil.

 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.