Bəzən meyvələrin üzərində müqəddəs sözlərə oxşar naxışlar olur. Bunları möcüzə hesab etmək və bu cür meyvələri yemək olarmı?

/ Cümə axşamı, 01 Oktyabr 2020 10:59
Bəzən meyvələrin üzərində müqəddəs sözlərə oxşar naxışlar olur. Bunları möcüzə hesab etmək və bu cür meyvələri yemək olarmı?

Oxucu sual verir: Bəzən meyvələrin, bitkilərin üzərində müqəddəs sözlərə oxşar yazılar (naxışlar) olur. Bunları möcüzə hesab etmək düzgündürmü? Bu cür meyvələri yemək olarmı?

Allahın möcüzələrinin sayı sonsuzdur. Bütün kainat Onun qüdrətinin nişanələri ilə doludur. Lakin bəzi meyvələrin qabığında, hətta heyvanların dərisində dini yazıya oxşar naxışların olmasını möcüzə kimi qəbul etməyə əsas yoxdur. Çünki Allahın varlığı, elmi və qüdrəti bundan daha tutarlı sübutlarla aşkara çıxır. Bu cür naxışlar isə böyük ehtimalla təsadüfdür. Hər bir halda, bu cür məsələləri şişirtmək, yaymaq, onları möcüzə kimi təqdim etmək doğru deyil. Allaha iman gətirmək üçün bunlara ehtiyac yoxdur. Allaha imanı daha tutarlı, davamlı və ciddi dəlillər əsasında əldə etmək mümkündür. Üzərində bu cür naxışlar olan meyvələri yemək olar, bunun heç bir günahı yoxdur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.