Təvvabin kimlərdir və onların qiyamı nə zaman baş verib?

/ Çərşənbə, 14 Oktyabr 2020 11:33
Təvvabin kimlərdir və onların qiyamı nə zaman baş verib?

Oxucu sual verir: Təvvabin kimlərdir və onların qiyamı nə zaman baş verib?

Ərəb dilindən tərcümədə “təvvabin” tövbə edənlər deməkdir. İmam Hüseynə (ə) məktub yazaraq Kufəyə dəvət edən, amma ona qoşulmayan və tənha buraxan şəxslər Aşura faciəsindən sonra peşman oldular. Onlar İmam Hüseynin (ə) şəhadətində özlərini günahkar bilərək tövbə etdilər və bu günahı yalnız İmamın intiqamını almaq üçün qiyam qaldırmaqda və bu yolda şəhid olmaqda gördülər. Təvvabin hərəkatının başçısı Kufə şiələrindən olan Süleyman ibn Sürəd Xüzai adlı şəxs idi. Kufəlilər Süleymanın evinə yığışaraq qiyama hazırlaşmağa başladılar. Ətraf şəhərlərə yardım üçün xəbər göndərilsə də, qiyam başlayanda cəmi 4 min nəfər bir araya gəldi. Hicri 65-ci (miladi 684-cü) ildə təvabbin Dəməşq istiqamətində yürüşə başladı. Onlar yolüstü Kərbəlada İmam Hüseynin (ə) məzarını ziyarət etdilər. Aynül-vərdə adlı məntəqədə Übeydullah ibn Ziyadın başçılıq etdiyi Əməvu qoşunu onların qarşısını kəsdi. Dörd gün davam edən döyüşdə təvvabinin əksər hissəsi şəhid oldu, qalanları geri çəkildi. Onların əksəriyyəti sonralar Muxtarın qiyamına qoşuldu. Təvvabin hərəkatı Aşura faciəsindən sonra İmam Hüseynin (ə) qanını almaq şüarı ilə həyata keçirilmiş ilk mütəşəkkil hərəkat sayılır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.